Azərbaycanın məşhur idmançısı Zabit Səmədov növbəti görüşünü keçirib. Sport24.az xəbər verir ki, onun budəfəki rəqibi Fransanı təmsil edən Nayf Didye olub.

İdmançılar arasında döyüş oktyabrın 4-də Çeçenistanda baş tutub.

Çeçenistanın dövlət başçısı Ramzan Kadırovun da izlədiyi döyüşdə həmyerlimiz rəqibini texniki nokautla məğlub edib.