"İlk turdakı rəqibimiz İtaliyadır. Xüsusilə son iki ildə daha çox inkişaf edən bir rəqibdir". Sport24.az xəbər verir ki, bu sözləri həndbol üzrə Türkiyə yığmasının baş məşqçisi Okan Halay deyib.

2025-ci ildə keçiriləcək kişilər arasında dünya çempionatının seçmə mərhələsini dəyərləndirən Halay bunları bildirib: "Biz də özümüzə güvənən, son zamanlarda oyun konseptini inkişaf etdirən və mübarizə ruhu yüksək olan bir komandayıq. Bu görüşdə rəqibimizi məğlub edərək pley-off oyunlarına qatılmağı hədəfləyirik".