IBF, WBO və WBA versiyaları üzrə superağır çəkidə dünya çempionu Aleksandr Usiklə WBC kəmərinin sahibi Tayson Fyuri prinsipial razılığa gəlsə də, döyüşün tarixi ilə bağlı anlaşa bilmirlər. Sport24.az. xəbər verir ki, bunun da əsas səbəbi britaniyalı boksçunun danışıqları yubatmasıdır.

Artıq WBA məsələyə münasibət bildirib. Qurum çox gözləmək niyyətində deyiil. Beynəlxalq Boks Assosiasiyasının rəhbəri tərəflərə aprelin 1-nə qədər vaxt verib. Həmin tarixə qədər görüşün nə vaxt və harada keçirilməsi məlum olmasa, Usikə Daniel Dyuba ilə görüşmək variantı təklif ediləcək. 

Xatırladaq ki, ilkin mərhələdə Usiklə Fyurinin aprelin 29-da “Uembli”də üz-üzə gələcəyi gözlənilir.