Azərbaycanda ilk dəfə UFC döyüşləri üzrə yarış keçirə bilər. Sport24.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Ariel Helvani sosial şəbəkədə paylaşım edib.

 

O, paylaşımında UFC-də çıxış edən azərbaycanlı boksçu Rafael Fiziyevi qeyd edərək yazıb: "UFC Azərbaycandan debüt yarışının keçirilməsi istiqamətində danışıqların yekunlaşdırmağa çox yaxındır".

 

Qeyd edək ki, turnirin paytaxtımızda iyunun 21-də təşkili gözlənilir.