Bu gecə UFC-də maraqlı döyüş baş tutacaq. Sport24.az xəbər verir ki, Las-Veqasda reallaşacaq döyüşdə meksikalı Brandon Moreno ilə braziliyalı Aleksandr Pantoja üz-üzə gələcəklər.
Dünən isə tərəflər çəki mərasimində üz-üzə gəliblər. Hər iki idmançı özünü sakit və təmkinli aparıb. Yüngül çəkidə keçiriləcək görüşdə titulun sahibi müəyyənləşəcək.
Qeyd edək ki, Brandon Moren 30 MMA döyüşünün 21-dən qalib ayrılıb. Aleksandr Pantoja isə 33 döyüşdə 27 qələbə qazanıb.