İqa Şvyontek ''Rolan Qarros''da özünü suda balıq kimi hiss etməkdə davam edir. Sport24.az xəbər verir ki, reytinqin zirvəsində qərarlaşan və hazırda davam edən turnirin də əsas favoriti sayılan polşalı raketka ustası dünən amerikalı Kler Lyunu 2 setdə (6:4,6:0) məğlub edərək cəmi 1 saat 23 dəqiqəyə asanlıqla 3-cü mərhələyə yüksəlib.

Şvyontek ''Rolan Qarros''da keçirdiyi ümumilikdə 25-ci oyunda 23-cü qələbəsini qazanıb. Bu, açıq erada qadınlar arasında ən yaxşı göstəricilərdən biridi. Yalnız 2 tennisçi Kris Evert və Monika Seleş bu turnirdə ilk 25 oyunda daha çox - 24 qələbə qazanıb.

Xatırladaq ki, ''Rolan Qarros''da 2019-da debüt edən Şvyontek 2020 və 2022-də bu turnirin qalibi olub.