Azərbaycanın stolüstü tennisçiləri daha bir beynəlxlaq toplanışa qatılacaqlar. Sport24.az xəbər verir ki, milli komandamının 6 idmançısı bu məqsədlə Qazaxıstana yollanıb.
Hazırlıqda Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Vəzir Allahverdiyev, Nihad Məmmədov və Rüstəm Hacılı iştirak edəcək. Onlar yığmanın baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə fevralın 4-dən 13-dək Almatı şəhərində Qazaxıstan millisi ilə birgə təlim-məşq toplanışına qatılacaqlar.
Qeyd edək ki, hazırlıq qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.