Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (ISSF) yeni mövsümün təqvimini təsdiqləyib. Sport24.az xəbər verir ki, stend atıcılığı üzrə dünya çempionatı oktyabrın 8-19-da Malakasda (Yunanıstan), güllə atıcılığı üzrə dünya çempionatı isə noyabrın 6-16-da Qahirədə (Misir) keçiriləcək.

 

Həmçinin 2025-ci ildə iki Avropa çempionatı da olacaq. Güllə atıcılığı üzrə qitə çempionatı martın 7-13-də Osiyekdə (Xorvatiya), stend atıcılığı üzrə Avropa çempionatı isə iyulun 23-dən avqustun 7-ə kimi Şatoruda (Fransa) baş tutacaq.

 

Gələn ilin ilk dünya kuboku yarışı isə aprelin 1-11-də Argentinanın paytaxtı Buenos-Ayresdə gerçəkləşəcək.