İndian-Uellsdə nüfuzlu “Masters” turniri başa çatıb. Sport24.az xəbər verir ki, həlledici görüşdə rusiyalı tennisçi Daniil Medvedevlə ispaniyalı raketka ustası Karlos Alkaras üz-üzə gəlib. 1 dəqiqə 11 saniyə davam edən görüşdə Alkaras qalib gəlib 6:3, 6:2.

Beləliklə, son 3 turnirin qalibi olan rusiyalı tennisçi 19 oyundan sonra məğlub olub. Alkaras isə bu turniri qazanmaqla yenidən ATP reytinqində ilk pilləyə yüksəlib.

Yanvarda “Australian Open” turnirini qazanmaqla zirvəyə qayıdan Novak Cokoviç isə ilk pillədəki yerini itirib. Yeri gəlmişkən, vaksinasiya olunmadığına görə ABŞ-a buraxılmayan Cokoviç bu turnirdə iştirak edə bilməyib.