''Rolan Qarros''da sürprizlər davam edir. Sport24.az xəbər verir ki, birinci mərhələdə reytinqin 2 nömrəsi Daniil Medvedevin 172-ci pillədə qərarlaşan braziliyalı Tyaqo Seybot-Uaylda uduzmasının ardından indi də Yannik Sinner fanatlarına şok yaşadpb.

Belə ki, reytinqdə 8-ci pillədə qərarlaşan Sinner 79-cu pillədəki almaniyalı Daniel Altmayerə 2:3 hesabı ilə məğlub olaraq mübarizəni artıq 2-ci mərhələdə dayandırmalı olu . Özü də 5 saat 27 dəqiqə davam edən görüşdə Sinner 2 dəfə matçboll əldən verdi! Altmayer oyundan sonra kortda müsahibə verərkən sevincdən göz yaşlarını saxlaya bilmədyib.

Sinnerin isə son ''Böyük Dəbilqə'lərin hamısında 5 setlik mübarizələrdə uduzması diqqət çəkir. Buna qədər o, bu il ''Australia Open''in 4-cü mərhələsində Stefanos Tsitsipasa, ötən il ''US Open''in 1/4 finalında Karlos Alkarasa və ''Uimbldon''un 1/4 finalında Novak Cokoviçə məhz 5 setdə boyun əymişdi.