Karate üzrə Olimpiadanın gümüş mükafatçısı, beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev BƏƏ-nin Dubay şəhərində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək. Sport24.az xəbər verir ki, tanınmış idmançı fərdi şəkildə məşq edərkən sol ayağı burxularaq sınıb. Bu səbəbdən də, onun 16-21 noyabrda keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.

Rafael Ağayev bu ay Moskvada keçirilmiş Karate1 Premyer Liqa turnirinə də qatılmamışdı. (Oxu.az)