''Rolan Qarros''da qadınların mübarizəsində favoritlərdən biri şanssızlıq yaşayaraq mübarizəni dayandırmalı olub. Sport24.az xəbər verir ki, söhbət Özbəkistanı təmsil edən rusiyalı Yelena Rıbakinadan gedir.

WTA reytinqində 4-cü pillədə qərarlaşan Rıbakina özünü yaxşı hiss etmədiyi üçün dünən Sara Sorribes-Tormo ilə oyuna çıxa bilməyib. Halbuki, ''Uimbldon-2022''nin qalibi Parisdə iddialı idi. O, reytinqin 1 nömrəsi İqa Şvyontekin başlıca rəqibi sayılırdı və son 3 oyunun hamısında polşalı tennisçini yenmişdi.

Rıbakinanı dinləyək: ''Oyundan bir gün əvvəl özümü yaxşı hiss etmirdim. Oyun günü də vəziyyət dəyişmədi. Həkimə getdikdə mənə dedilər ki, indi Parisdə virus var. Allergiyalı olduğumdan immunitetim zəifləyib və bu virusa yaxalanmışam. 2 gün pis yatdım. Qızdırmam, baş agrım var idi. Nəinki qaçmaq, hətta nəfəs almaq da çətindi. Bu cür şəkildə kortda 10 dəqiqədən artıq qala bilməzdim''.

Rıbakinanın bu sözlərindən sonra sosial şəbəkələrdə onun koronavirusa yoluxa biləcəyi haqda da şaiyələr peyda olub.