Son 2 ildə MBA-nın ən dəyərli oyunçusu seçilən ''Denver''li Nikola Yokiç bu il də inamlı oyunu ilə seçilir. Sport24.az xəbər ki, onu hətta ''Mayami''nin lideri Cimmi Batler də tərifləyib.

Adətən özündən razı olan Batler heç kimi tərifləməyi xoşlamır.  Bu komandalar arasında final seriyasının ilk oyununda Yokiç tripl-dabl etmişdi.

Batleri dinləyək: ''Hamı Yokiçin hücumdakı keyfiyyətlərindən danışır. Amma müdafiədə də o, elit səviyyədədi. Öz ölçülərinə görə çox yaxşı hərəkət edir. Rəqibi 3 saniyəlik zonada çaşdırmağı bacarır. Topu ələ keçirən kimi də dərhal komanda yoldaşını hücuma atır''.