Las Veqasda qaydasız döyüş üzrə ''UFC Vegas 74'' turniri keçirilib. Sport24.az xəbər verir ki, Həbib Nurməhəmmədovun dayısıoğlu Abubakar Nuurməhəmmədov da orda da döyüşüb.

O, braziliyalı veteran Elizeu Zaleski Dos Santos ilə gücünü sınayıb. Döyüş Abubakar üçün uğurlu alınmayıb. O, xüsusilə 3-cü raundda zəif təsir bağışladyıb.əticədə Nurməhəmmədov hakimlərin qərarı ilə məğlubiyyətlə barışmalı olub.

Abubakar UFC çərçivəsində 4-cü döyüşünü keçirərək, 3-cü dəfə uduzub. Göründüyü kimi. Onun karyerası məhşur qohumu ilə müqayisədə çox da uğurlu keçmir.

Abubakar məğlubiyyətdən sonra sosial şəbəkədə bunları yazdı: ''Məni dəstəkləyən hər kəsi salamlayıram. Özümə bəraət qazandırmaq niyyətim yoxdu. Sadəcə, üzərimdə daha çox və daha yaxşı işləməli idim. İnşallah yenidən görüşərik. Komandama və qardaşlarıma təşəkkür edirəm''.