İki fərqli çəkidə UFC-nin sabiq çempionu, Şöhrətlər Zalının üzvü Daniel Kormye İliya Topuriyanın Coş Emmeti məğlub etməsinə münasibət bildirib. Sport24.az xəbər verir ki, Ceksonvilldə keçirilən UFC turnirində orta yüngül (65-kq-a qədər) çəkidə gürcüəsilli ispaniyalı Topuriya hakimlərin qərarı ilə amerikalı Emmeti üstələyib.
Topuriyanın indiyə qədər 14 döyüşdə məğlubiyyəti yoxdu. Kormyenin fikrimcə, Topuriya birbaşa titul uğrunda döyüşə çıxmağa hazır və layiq olduğunu artıqlaması ilə göstərib: "O, 25 dəqiqə ərzində fasiləsiz olaraq çox gözəl döyüş nümayiş etdirdi. Hər cür vəziyyətdə özünü yaxşı tərəfdən göstərdi. Fikrimcə, o, bu çəkidə bütün Top-döyüşçülər üçün əla rəqib olar. Məsələn, onun Yair Rodrigeslə döyüşü mükəmməl alınardı. Amma şəxsən mən Topuriyanın Volkanovski ilə döyüşünü böyük maraqla gözləyəcəm. Qısası, orta yüngül çəkidə bizi qarşıdakı dönəmlərdə fantastik və maraqlı döyüşlər gözləyir''.