Su polosu üzrə Azərbaycan millisinin yeni baş məşqçisi ictimaiyyətə təqdim olunub. Sport24.az xəbər verir ki, bununla bağlı tədbir Bakı Su İdmanı Sarayında keçirilib.

 

Tədbirdə Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə, yeni baş məşqçi yunan Panayotis Xronopulos, federasiya üzvləri və media nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, Panayotis bu postda Azər Babayevi əvəz edib.