Amerikalı MMA ulduzu Kevin Li UFC-də iştirak etməyəcək. Sport24.az xəbər verir ki, bu barədə 30 yaşlı döyüşçünün özü açıqlama verib.

Kevin Li fikrini belə açıqlayıb: "UFC-dən gedirəm. Sözlə ifadə edə bilmirəm. Həyatda döyüşməkdən də maraqlı şeylər var".

Qeyd edək ki, Kevin Li UFC-də sonuncu döyüşünü iyulun əvvəlində keçirib. Las Veqasda keçirilən yarışda rusiyalı Rinat Fəxrəddinova uduzub.