Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev müxtəlif növlər üzrə (şose, trek, dağ velosipedi və BMX) yığma komandaların baş məşqçiləri ilə görüşüb. Federasiyasının mətbuat xidmətindən Sport24.az-a verilən məlumata görə, toplantı Respublika Velotrekində baş tutub.

Görüş zamanı federasiya rəhbəri və baş məşqçilər velosiped idmanında yüksək nailiyyətlərin əldə olunması yollarını müzakirə ediblər.