Uzun müddətdi axtarışları davam edən biatlonçu Eyvind Sporalanndan nəhayət, xəbər var. Amma üzücü Sport24.az xəbər verir ki, cümə axşamı Norveç polisi Lillehammere şəhərində Balberqkampen rayonunda meyid aşkarlayıb.

Düzdü, tibbi ekspertizasız onub kimə aid olduğunu 100 faiz söyləmək mümkün deyil. Amma polislər iddia edir ki, meyidin Sporalanna məxsus olduğunu iddia etmək üçün onların əlində kifayət qədər sübut var. Həm biatlonçunun qohumları, həm də polislər üçün ''nə baş verib'' sualına cavab tapmaq baxımından cəsədin tapılması çox önəmli idi. 22 yaşlı idmançı ilə martın 19-dan bu yana əlaqə itmişdi. Onu az qala bütün ölkə axtarırdı.

Eyvind 2021-ci ildə Norveçdə gənclər arasında keçirilən turnirin gümüş mükafatçısı idi.