"Böyük Dəbilqə'' seriyalı turnirlərin üçqat qalibi, ikiqat Olimpiya çempionu ser Endi Mürrey ''Uimbldon''un onun karyerasında sonunci turnir olub-olmayacağı mövzusu barədə danışıb. Sport24.az xəbər verir ki, 2019-cu ildə ombasından əməliyyat olunduqdan sonra heç cür əvvəlki səviyyəsinə qayıda bilməyən 36 yaşlı britaniyalı tennisçi ümidsiz deyil: 'Ümid edirəm ki, ''Uimbldon'' son turnirim olmayacaq. Amma gələcəklə bağlı heç nəyi dəqiq proqnozlaşdırmaq olmur. Məhz buna görə peşəkar idmançılar yaxşı fiziki formada olduqda maksimum güclərini ortaya qoymalıdılar. Turnirin gedişində ciddi zədə alsam və ya dəmir yerləşdirilən ayağıma nəsə olsa, o zaman yüz faiz tennislə vidalaşacam. Daha bir əməliyyat keçirib qayıtmağa çalışmağın artıq heç bir mənası qalmayacaq. Karyeramı necə bitirməklə bağlı artıq beynimdə plan var. Bilirəm ki, onsuz da bir gün tennisdən getməli olacam. Bir çox sabiq oyunçularla, məşqçilərimlə bu barədə söhbət etmişəm. Hamısı mənə ''bacardığın qədər oyna. Bunun yerini heç nə vermir. Bu, tennisçinin həyatının ən gözəl illəridi. Ona görə də çalış ki, maksimum faydalana biləsən'' deyiblər. Mən də məhz bu cür etməyi planlaşdırıram''.