Yeniyetmə və gənc karateçilərdən ibarət Azərbaycan millisi Avropa çempionatına yollanıb. Sport24.az xəbər verir ki, Polşanın Bielsko-Biala şəhərində keçiriləcək yarışda yığmamız 28 idmançı ilə təmsil olunacaq.

 

Komanda baş məşqçi Anar Allahverdiyev, məşqçilər Şahin Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi altında kumite və kata növlərində mübarizə aparacaq.

 

Çempionatda beynəlxalq dərəcəli hakimlərimiz Cahangir Babayevlə Rənad Əliyev isə ədaləti qoruyacaqlar.

 

Qeyd edək ki, yarış fevralın 7-9-da keçiriləcək.