Bu gün “ASK Arena”da Azərbaycanda ilk dəfə olaraq reqbi liqası start götürdü. Sport24.az xəbər verir ki, “Qarabağ” Reqbi Klubunun təşkil etdiyi klubdaxili “Qarabağ” Uşaq Reqbi Liqasında 4 komanda iştirak edir: “Qarabağ”, “Sumqayıt Qasırğası”, “Aslanlar” və “Cəngavərlər”.
Bu gün birinci turun görüşlərində “Qarabağ” 20:10 hesabı ilə “Cəngavərlər”ə, Sumqayıt təmsilçisi isə 20:15 hesabı ilə “Aslanlar”a qalib gəlib.
Qeyd edək ki yarışda iştirak edən komandalar 12 yaşa qədər olan oğlan və qızlardan ibarətdir.
Növbəti turun görüşləri noyabrın 8-də eyni stadionda keçiriləcək. Birinci turun oyunlarında daha yaxşı təsir bağışlayan oyunçular noyabrın 20-də keçiriləcək reqbi üzrə Azərbaycan çempionatında “Qarabağ” klubunun əsas heyətində çıxış etmək şansı qazanacaq.