Azərbaycanın gənc avarçəkənləri Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək kayak və kanoe üzrə dünya çempionatında iştirak edəcəklər. Sport24.az xəbər verir ki, ölkəmizi yarışda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası adından 2 idmançı təmsil edəcək.

 

Kanoe yarışında Paşa Əsgərov medallar uğrunda mübarizə aparacaq. Kayak növündə isə Ceyhun Vəlixanov çıxış edəcək

 

Çempionat avqustun 23-25-i aralığında keçiriləcək.