UFC-də yüngül çəkidə sabiq çempion Həbib Nurməhəmmədovun imzasının yer aldığı kart bu günlərdə hərraca çıxarılıb və qısa müddət ərzində satılıb. Sport24.az xəbər verir ki, tanınmış rusiyalı döyüşçünün imzası ABŞ-ın ''eBay'' şirkətində hərraca çıxarılıb.

Kart 8500 dollara satılıb! Elə həmin hərracda çəkidən asılı olmayaraq UFC-nin ən yaxşı döyüşçülərinin reytinqinə başçılıq edən Con Consun imzasının yer aldığı kart da satışa çıxarılıb. Maraq üçün həmin kartın cəmi 1325 dollara, yəni Nurməhəmmədovunkundan təxminən 6 dəfə az qiymətə satıldığını bildirək.

Xatırladaq ki, Həbib karyerasını məğlubedilməz kimi başa vurdu. O, karyerası ərzində keçirdiyi 29 döyüşün hamısında qələbə qazandı. Hazırda Həbib UFC-də yüngül çəkinin çempionu İslam Maxaçevin baş məşqçisidi.