Aleksandr Usiklə Tayson Fyuri arasında döyüşün təşkili üçün razılıq əldə olunmadı. Sport24.az xəbər verir ki, hər iki tərəf isə buna görə bir-birini ittiham edir.

Britaniyalı boksçunun ukraynalı rəqibini “qorxaq” adlandırmasından sonra Usikin proumoteri Aleksandr Krasyuk məsələyə münasibətini bildirib: “Fyuri şişirdilmiş boksçudu. Onun son 3 görüşünə baxmaq kifayətdi. Onun görüşünü izləmək üçün milyonlarla insan pulundan keçirmi? Yox! O, heç vaxt buna nail olmayıb. Fyurinin izləyicilərinin sayı Coşuadan da aşağıdı. Hə, o stadionları toplayır, ancaq insanlar onun döyüşü üçün bu qədər pul ödəmirlər. Belə olan halda, Taysonu ulduz adlandırmaq olarmı? Usiklə Fyurinin son 3 döyüşünü müqayisə etsək, Aleksandrın daha çox izləndiyini görərik”.