Ukraynada gedən müharibədə daha bir idmançı dünyasını dəyişib. Sport24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, keçmiş hokkeyçi Yevgeni Konstantinov Şimal Hərbi Dairəsi zonasında döyüş tapşırığını yerinə yetirərkən faciəvi şəkildə həlak olub.

 

25 yaşlı idmançı Kursk vilayətində keçirilən əməliyyat zamanı gülləyə tuş gəlib. Onun ölümü barədə Novoçeboksarsk "Falcon"unun rəsmi səhifəsində məlumat verilib.