Fransanın paytaxtı Parisdə ilin ''Böyük Dəbilqə seriyalı ikinci turniri olan ''Rolan Qarros'' davam edir. Sport24.az xəbər verir ki, ispaniyalı Karlos Alkaras ilə birlikdə bu turnirin 2 əsas favoritindən biri sayılan Novak Cokoviç dünən macarıstanlı Marton Fuçoviçi 3 setdə - 7:6, 6:0, 6:3 məğlub edərək 3-cü mərhələyə yüksəldi.

91 dəqiqə davam edən 1-ci setdən sonra 2-ci set cəmi 30 dəqiqə davam etdi və Cokoviç rəqibini ''quru'' hesabla yendi. Bununla da Novak ''böyük dəbilqə''lərdə ümimilikdə 45-ci dəfə bir setdə ''quru'' hesabla qalib gələrək Rafael Nadal ilə İvan Lendlı geridə qoydu. İndi Cokoviç bu göstəricidə yalnız amerikalı Andre Aqassi (50), avstraliyalı Roy Emerson (47) və isveçrəli Roje Federerdən (46) geri qalır. Bu tennisçilərin hər biri artıq karyerasını başa vurub.

ATP reytinqinin 3-cü pilləsində qərarlaşan Cokoviç 3-cü mərhələdə reytinqin 34-cü pilləsindəki ispaniyalı Alexandro Davidoviç-Fokina ilə qarşılaşacaq.