Biatlon üzrə Dünya Kubokunun sonuncu mərhələsi start götürüb. Sport24.az xəbər verir ki, Norveçin Holmenkollen şəhərində keçirilən mərhələnin ilk günündə azarkeşlər kişilər arasında sprint yarışının şahidi olub.

Martın əvvəlində koronavirusa yoluxduğuna görə Östersunda keçirilən Dünya Kubokunda iştirak edə bilməyən 5 qat olimpiya çempionu Yohannes Bö dönüşünü qızıl medalla qeyd edib. 17 qat dünya çempionu cəmi 1 dəfə yanlışlığa yol verməklə 10 km məsafəni 25 dəqiqə 13 saniyəyə qət edib. Ondan 23,9 saniyə geridə qalan isveçli Martin Ponsillouma yarışı ikinci sırada tamamlayıb. Almaniyalı Benedikt Doll isə 3-cü yeri tutub.

Yeri gəlmişkən, yarışın qalibi olan Bö bu mövsüm dünya kubokunda 17-ci qələbəsini qazanaraq 2018/19 mövsümündə müəyyənləşdirdiyi rekordu yeniləyib. Bununla yanaşı, əfsanəvi biatlonçu sprint yarışlarında “Kiçik Kristal Qlobus” mükafatına da sahib çıxıb.