Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezident vəzifəsinə seçkilərin ilkin tarixi bəlli olub. Sport24.az xəbər verir ki, qurumun rəsmi saytının açıqlamasında görə seçki martın 20-nə təyin edilib.

 

Hadisələrin gedişindən asılı olaraq tarixin dəyişdirilməsi mümkündür. BOK-un 144-cü sessiyasında martın 18-21-də Yunanıstanda keçiriləcək. Seçkidə 7 namizəd qələbə uğrunda mübarizə aparacaq. Namizdələr yanvarın 30-da Lozannada qapalı iclasda öz proqramlarını BOK-un üzvlərinə təqdim edəcəklər.

 

Qeyd edək ki, qurumun hazırki prezidenti Tomas Bax növbəti müddətə prezidentliyə namizəd olmayacağını açıqlayıb.