Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Xorvatiyanın Osiyek şəhərində keçirilən Qran-pridə gümüş medal qazanıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Spor24.az-aa verilən məlumata görə, 23 yaşlı idmançı 10 m məsafəyə pnevmatik tapançadan atəş açma yarışında fərqlənib.

Bu, Lunyovun son bir həftədə ikinci medalıdır. Gənc atıcı yanvarın 15-də Sloveniyanın Ruşe şəhərində keçirilmiş Qran-pridə qızıl medal qazanıb.