Kişi həndbolçuların Azərbaycan kuboku yarışına yekun vurulub. Sport24.az xəbər verir ki, "AHF Arena"da keçirilən final matçında "Bakı" və "Kür" qarşılaşıblar.

 

Mingəçevir həndbolçuları fasiləyə 1 xal üstün yollanıblar - 11:10. İkinci hissədə "Bakı" oyunda dönüş yaratmağa çalışsa da, istəyinə çatmayıb. Yekunda 20:19 hesabı ilə qalib gələn "Kür" ölkə kubokuna sahib çıxıb.