"Liverpul"un vingeri Məhəmməd Salah İngiltərə Premyer Liqası tərəfindən 2024/25-ci illər mövsümünün ən yaxşı oyunçusu seçilib. Sport24.az xəbər verir ki, daha əvvəl 2017/18 mövsümündə bu şərəfə layiq görülən misirli futbolçu Tyerri Anri (Fransa), Kriştiano Ronaldo (Portuqaliya), Nemanya Vidiç (Serbiya) və Kevin De Bruynenin (Belçika) nailiyyətini təkrarlayıb.
2024/25 mövsümündə "Liverpul"un heyətində Premyer Liqa çempionu olan Salah 37 oyununda 28 qol vurub və 18 məhsuldar ötürmə edib. Bir müddət əvvəl o, İngiltərə Futbol Yazarları Assosiasiyası tərəfindən də ilin futbolçusu seçilmişdi.