Qadın həndbolçuların Azərbaycan kubokuna yekun vurulub. Sport24.az xəbər verir ki, finalda "Azəryol" və "Kür" qarşılaşıb.
Fasiləyə Mingəçevir həndbolçuları 1 topluq üstünlüklə yollansalar da ikinci hissədə Bakı klubu daha yaxşı oynayıb. Daha inamlı oyun göstərən "Azəryol" matçı 35:28 hesablı qələbə ilə başa vurub.
Qeyd edək ki, qadınların yarışında kuboka "Kür" sahib çıxıb.