Misli Premyer Liqasının XXXVI turunun ikinci oyun gününə Masazırda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Bank Respublika Arena"da keçiriləcək matçda 5-ci yerin sahibi müəyyənləşəcək.

 

Meydan sahibi "Sabah"a mövsümü 5-ci yerdə bitirmək üçün 1 xal da kifayıətdir. "Neftçi"inin də əsas məqsədi 2024/25 "futbol ili"ni major notda başa vurmaqdır.

 

Qeyd edək ki, mövsümün sonuncu turu sabah keçiriləcək 2 oyunla başa çatacaq. 

 

Misli Premyer Liqası

IV dövrə, XXXVI tur

19:30. "Sabah" - "Neftçi" 1:0

Qol: Cesse Sekidika, 62

Qırmızı vərəqə: Sofian Çakla, 50 ("Sabah"), Edvin Kuç, 75 ("Neftçi")

 

"Sabah": 92. Stas Pokatilov, 10. Namik Ələskərov (k), 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 4. Sofian Çakla, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça

 

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 6. Abdulax Xaybulaev, 7. Boyan Letiç, 18. Pavol Safranko, 11. Kahem Parris, 12. Vinsent Til, 99. Neqoş Kupusoviç, 33. Umarali Raxmonaliyev, 83. Stefen Ende

 

"Neftçi": 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 4. Elvin Camalov, 14. Edvin Kuç, 99. Ervin Koffi, 23. Robert Bauer, 24. Mustafa Sek, 9. Bassala Sambu, 11. Aleks Fernandes

 

Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 17. Rəhman Hacıyev, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Kamranbəy Rəhimov
VAR: Rəvan Həmzəzadə
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Bank Respublika Arena"