"İnter" və "Milan" klublarında oynamış Dieqo Laşalt Rusiyadan ayrılmağa hazırlaşır. Sport24.az xəbər verir ki, 32 yaşlı futbolçuya Türkiyə klubları maraq göstərir.

 

16 illik aradan sonra Superliqaya geri qayıdan "Kocaelispor" uruqvaylı futbolçunun keçidinə hazırlaşır. "Dinamo" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan Dieqo özü də Türkiyəyə getmək istəyir.

 

"Defensor Sportinq", "İnter", "Bolonya", "Empoli", "Cenoa", "Milan", "Torino", "Seltik"də oynamış Uruqvay millisinin üzvü 2021-ci ildən "Dnamo"da çıxış edir.