Mayın 12-də stend atıcılığı üzrə Azərbaycan kubokuna start veriləcək.

Sport24.az xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində 3 gün davam edəcək turnir stend atıcılığının səngər və dairəvi növlərində – kişilər, qadınlar və qarışıq komanda kateqoriyalarında keçiriləcək.

Yarışda ölkənin müxtəlif şəhər və rayonlarından ümumilikdə 50 idmançı iştirak edəcək.