Kişi həndbolçulardan ibarət "Azəryol" komandası yeni transferini reallaşdırıb. Sport24.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı klubu rusiyalı qapıçı Qriqori Lebedev ilə güclənib.

 

Onunla 2024-2025-ci illər mövsümünün sonunadək müqavilə imzalanıb.

 

Q. Lebedev bunadək Rusiyanın müxtəlif komandalarının formasını geyinib.