Anna Skidan çəkicatma üzrə dünya reytinqində 13-cü yerdədir. Sport24.az xəbər verir ki, Olimpiya oyunlarının 4 qat iştirakçısı, Azərbaycan atletinin hesabında 1224 xal var.

 

Skidanın göstəricisində ötənilki dörd yarışdakı nəticə əksini tapıb - bunlar Yay Olimpiya Oyunları (təsnifat və final), Polşadakı turnir və 10-cu yeri tutduğu Romadakı Avropa çempionatıdır.

 

Qadınların çəkicatma reytinqinə Olimpiya çempionu kanadalı Kamrin Rocers başçılıq edir, amerikalı Bruk Andersen və finlandiyalı Silya Kosonen növbəti iki yerdə qərarlaşıblar.