"Çelye"nin yarımmüdafiəçisi Mark Zabukovnik Avropa Liqası 1-ci təsnifat mərhələsinin "Sabah"la ilk matçından öncə keçirilən mətbuat konfransında iştirak edib. Sport24.az yaşlı sloveniyalı futbolçunun fikirlərini diqqətinizə çatdırır:
- Komanda yeni mövsümə hazırdır?
- Qısa olsa da, hazırlıq prosesini uğurla başa vurduq. Həm fiziki, həm də taktiki cəhətdən yeni mövsümə hazırıq.
- Komandada ab-hava necədir?
- Hər şey yaxşıdır. Həm meydanda, həm də meydandan kənarda komanda olaraq bir-birimizə çox yaxşı uyğunlaşmışıq. Sabahkı oyuna tam hazırıq. Yaxşı nəticə əldə etmək üçün bacardığımız hər şeyi ortaya qoyacağıq.
- Azərbaycan futbolu ilə bağlı məlumatlarınız var idi?
- "Sabah"la rəqib olmazdan əvvəl məlumatım yox idi. Amma püşkdən sonra rəqibimiz haqda məlumatlar toplamağa başladıq. "Sabah"ın güclü və zəif tərəflərini təhlil etmişik.