Formula 1-in Avropa mərhələləri davam edir, Azərbaycan Qran-prisi yaxınlaşır. Sport24.az xəbər verir ki, Silverstoundakı "British Grand Prix"dən sonra dünya çempionatının iştirakçıları yenidən Belçikaya yollanır.

 

İyulun 25-27-də Spada "Kral yarışları"nın növbəti mərhələsi keçiriləcək.

 

Azərbaycan Qran-prisinədək (19-21 sentyabr) Formula 1-də Belçika, Macarıstan, Hollandiya və İtaliyada olmaqla daha dörd yarış keçiriləcək.

 

Qeyd edək ki, hazırda çempionatın lideri ötən il Bakıda qalib gələn "McLaren" pilotu Oskar Piastridir.