UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində bu gün keçiriləcək "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) oyununa "Qarabağ"ın hansı məşqçisinin yollandığı bəlli olub. Sport24.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan çempionunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

 

Onun sözlərinə görə, video-analitik məşqçi Yanuş Vasilyev sözügedən qarşılaşma üçün İrlandiyadadır. O, matçı tribunadan izləyəcək.

 

Paytaxtı Dublindəki "Tolka Park" stadionunda gerçəkləşəcək oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. "Qarabağ" II təsnifat mərhələsində bu cütün qalibi ilə üz-üzə gələcək.