Azərbaycan batutçusu Selcan Mahsudova Koimbrada (Portuqaliya) keçirilən Dünya kubokunda finala yüksələ bilməyib. Sport24.az xəbər verir ki, olimpiya iştirakçısı təsnifat mərhələsində 9-cu yeri tutaraq yarımfinala yüksəlib.

 

Bu mərhələdə zəif çıxış edən Selcan 22-ci yerlə kifayətlənərək mübarizədən kənarda qalıb.

 

Dünya kubokunun qalibi Katerina Erşova (AIN) olub. Anjela Bladtseva (AIN) gümüş, çinli Ksini Fan isə bürünc medal qazanıb.

 

Mahsudova bu mövsüm Bakıda keçirilən Dünya kubokunun mərhələlərində indiyədək ən yüksək nəticəni göstərərək, beşinci yeri tutub.