Viktor Dyökereşi "Arsenal"a satmaağa hazırlaşan "Sportinq" yeni hücumçu axtarışlarını davam etdirir. Sport24.az xəbər verir ki, Portuqaliya klubunun əsas hədəfi "Almeriya"da çıxış edən Luis Suaresdir.

 

Bu barədə insayder Fabritsio Romano məlumaat yayıb.

 

"Sportinq" kolumbiyalı forvard üçün İspaniya klubu ilə danışıqlara başlamağa hazırlaşır.

 

Qeyd edək ki, Luis Suares ötən mövsüm "Almeriya"nın heyətində meydana çıxdığı 43 rəsmi matçda 31 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.