"Benfika"nın baş məşqçisi Brunu Laje ilə münasibətləri yaxşı olmayan Orkun Kökçü komandadan ayrıla bilər. Sport24.az xəbər verir ki, "Beşiktaş" türkiyəli yarımmüdafiəçini transfer etmək istəyir.
Bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.
İstanbul nəhənginin transfer işləri üzrə məsul şəxsi Can Kaymakoğlu Portuqaliyaya yola düşüb. "Ağ-qaralar"ın rəsmisi 24 yaşlı futbolçu üçün onun klubu ilə danışıqlara başlayacaq.
"Beşiktaş"ın baş məşqçisi Ule Qunnar Sulşer də Orkunu komandasında görmək istəyir. Türkiyə klubu oyunçunu satınalma bəndi ilə icarəyə götürməyə çalışacaq.
Qeyd edək ki, "Benfika" Orkun Kökçünü 2023-cü ilin yayında "Feyenord"dan transfer edib. Türkiyə millisinin üzvü Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 98 rəsmi matçda 19 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.