"Barselona" müqaviləsi başa çatan Voyçex Şensnı ilə bağlı qərar verib. Sport24.az xəbər verir ki, İspaniya çempionu polşalı qolkiperin sözləşməsinin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı "əlcək sahibi" 2026/2027 sezonunun sonuna kimi La Liqa nəhəngində qalacaq.
Qeyd edək ki, Voyşex Şensnı ötən ilin oktyabr ayından "Barselona"da çıxış edir. Təcrübəli qapıçı Kataloniya təmsilçisinin heyətində 28 rəsmi matçda meydana çıxıb.