Almaniyanın "Sat.1" telekanalı paralimpiyaçılarla bağlı zarafat edən Luk Mokric ilə bağlı sərt qərar verib.

Sport24.az xəbər verir ki, arzuolunmaz hadisədən sonra onun verilişi ləğv edilib. Bu barədə "Bild" məlumat yayıb.

 

Komediya ustası və "Qutuda nə var?" verilişinin aparıcısı olan Luk "Die Deutschen" podkastındakı çıxışı zamanı etdiyi səhvdən sonra ictimaiyyət qarşısında və sosial şəbəkələrdə üzr istəsə də, kanal rəhbərliyi onu bağışlamayıb.

 

Qeyd edək ki, Mokric "Elə ayaqları və qolları olmayan insanlar var ki, onları hovuza atırsan və sonuncu boğulan qalib gəlir", – deyə zarafat etmişdi.