Amerikalı döyüşçü, keçmiş UFC yüngül çəki çempionu və ən uzun titul müdafiəsi seriyasının sahibi (11) Demetrious Conson karyerasını bitirdiyini açıqlayıb. Sport24.az xəbər verir ki, Denverdəki "ONE 168" turnirindən sonra Johnson əlcəklərini asmaq qərarına gəldiyini təsdiqləyib.

 

"ONE Championship" şirkətinin baş direktoru Çatri Sityodtonq elan edib ki, Conson təşkilatın Şöhrət Zalına salınacaq ilk döyüşçü olacaq.

 

Qeyd edək ki, 38 yaşlı döyüşçünün sonuncu çıxışı 2023-cü ilin mayında, Conson Adriano Moraes üzərində yekdil qərarla ONE titulunu qoruduğu zaman olub.