AMADA Azərbaycan və ABŞ idmançısını dopinqə görə cəzalandırıb. Sport24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

 

Atıcı Rəna Ələsgərova və qol güləşçisi, ABŞ-dən olan Timoti Lyuis 3 illik diskvalifikasiya olunublar.

 

Hər iki idmançının nümunəsində qadağan olunmuş maddə və ya onun metabolit və ya markerlərinin mövcudluğu aşkarlanıb.

 

Qeyd edək ki, Ələsgərovanın sanksiya müddəti 2025-ci il iyunun 7-dən 2028-ci il iyunun 7-nə qədərdir. Amerikalı qol güləşçisinin cəzası isə ötən il dekabrından 12-dən qüvvəyə minib və 2028-ci il dekabrın 12-də başa çatacaq.