Estoniyanın paytaxtı Tallində keçirilən taekvondo üzrə Klublararası Avropa çempionatı davam edir. Sport24.az xəbər verir ki, Azərbaycan yarışda 3 klubla təmsil olunur.
Mükafatlar uğrunda "Altay", "Atlet" və "Mübariz" klublarının taekvondoçuları mübarizə aparırlar. Kiçikyaşlı yeniyetmələrin yarışında idmançılarımız 3 qızıl, 1 gümüş və 2 bürünc qazanıblar.
Fateh Sultanlı (40 kq), Cahid İsmayılzadə (52 kq) və Fərid Məlikli (24 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Fərhad Məlikli (24 kq) gümüş, Əkbər Tağıyev (27 kq) və Əjdər Qalabəyov (36 kq) isə bürünc medal qazanıblar. "Altay" komanda hesabında iki qızıl medalla 2-ci yeri tutub.
Qeyd edək ki, çempionata bu gün yekun vurulacaq.