Bu il MHL-in Şöhrətlər Zalına daxil edilən 4 isimdən biri olan sabiq kanadalı qapıçı Mayk Vernon adının əbədiləşdirilməsi barədə danışıb. Sport24.az xəbər verir ki, Stenli Kubokunun ikiqat qalibi olan 60 yaşlı əfsanəvi hokkeyçinin fikrincə, Lenni Makdonald (MHL-in Şöhrətlər Zalının rəhbəri) ona zəng vuranda ilk öncə onu qolf oynamağa dəvət edəcəyini düşünüb: "Sabiq komanda yoldaşımın səsini eşitməyimə çox sevindim. Adımın Şöhrətlər Zalına daxil edilməsini emosional şəkildə qarşıladım. Düzdü, bunun üçün uzun müddət gözləməli oldum. Amma gözləməyə dəyərmiş. Hokkey uşaq yaşlarımdan həyatımın ayrılmaz hissəsi olub. Qardaşlarım məndən böyükdü. Ona görə də uşaq yaşlarımda məcbur olub qapıda dayanırdım və onlardan şaybalar buraxırdım. Gözəl vaxtlar idi. Hokkey hər zaman mənim üçün böyük məna kəsb edib. Elə indi də bu baxımdan heç nə dəyişməyib''.